“Atamın azərbaycanlı olduğunu sübut etməyə çalışsaq da, alınmadı”
09.01.2013 - 15:07
“Atamın azərbaycanlı olduğunu sübut etməyə çalışsaq da, alınmadı”
“Azərbaycan yığmasının şərəfini qorumağa çox yaxın idim”. Apasport.az saytının məlumatına görə, bunu hazırda Litvada yaşayan azərbaycanlı basketbolçu Rolanda Əliyev deyib.

Ötən il Avro-2013-ün seçmə mərhələsində çıxış edən millimizin şərəfini qorumağa yaxın olan idmançı istəyinin gerçəkləşməməsinə üzülüb. Əliyevin sözlərinə görə, Azərbaycan tərəfi ilə hər şeyi razılaşdırsa da, son anda Litva millisində oynaması hər şeyi korlayıb: “Azərbaycan Basketbol Federasiyası ilə artıq razılığa gəlmişdim. Yeni yığmamla 1 ay məşq də etmişdim. Lakin FİBA buna icazə vermədi. Çünki onun qaydaları basketbolçunun 2-ci bir millidə oynamasına icazə vermir. Mənim Azərbaycan millisinə gedən yolumu Litva yığmasında iştirak edib, medal qazanmağım bağladı. Başqa ölkənin bayrağı altında oynamaq üçün isə 16 yaşında oranın pasportunu almaq lazımdır. Mənim atam Azərbaycandandır, bizim orada çoxlu qohumlarımız var. Bunu sübut etməyə çalışsaq da, alınmadı...”.

Qeyd edək ki, bu arada Əliyev klubunu da dəyişib. O, Samara “Krasniye Krılya”dan “Şaulay”a icarəyə verilib.