“Azərreyl” italiyalı voleybolçu sifariş etdi
10.01.2013 - 10:23
“Azərreyl” italiyalı voleybolçu sifariş etdi
“Azərreyl” yeni transferini Avropa Voleybol Konfederasiyasına sifariş edib. Apasport.az saytının məlumatına görə, Litva əsilli, İtaliya vətəndaşı İndre Sorokayte “dəmiryolçular”a Çempionlar Liqasında kömək edə biləcək.

“6” nömrənin “Azərreyl”in “Lokomotiv”lə pley-off matçında meydana çıxacağı istisna deyil. Lakin onlardan fərqli, Super Liqanın gümüş mükafatçısı hələ yeni voleybolçularının heç birini sifariş etməyib.

Qeyd edək ki, Çempionlar Liqasında ilk Bakı dueli yanvarın 16-da olacaq.