Baptista Bakıya gəldi
10.01.2013 - 11:49
Baptista Bakıya gəldi
“Lokomotiv Biləcəri”nin düşərgəsinə yeni qoşulan voleybolçunun kimliyi məlum olub. Apasport.az saytının məlumatına görə, Super Liqanın autsayderi kubalı Çereniya Baptistanı sınayır.

Oyunçu ilə bağlı son qərarı baş məşqçi Con Nikolakis bu günlərdə verəcək. Lakin yunanıstanlı mütəxəssisin voleybolçunu bəyənəcəyi inandırıcı görünmür. Çünki Baptista yaxşı formada deyil.

Qeyd edək ki, Bakı təmsilçisinin düşərgəsinə yeni legionerlərin də gəlişi istisna deyil.