“Milan”a rədd cavabı
10.01.2013 - 21:24
Dünən İtaliya kubokunun 1/4 final mərhələsində “Yuventus”a məğlub olan “Milan” heyətini “Roma”nın iki futbolçusu ilə gücləndirmək niyyətindədir. Apasport.az saytının “Gazzetta dello Sport”a istinad məlumatına görə, "rossonyerlər" paytaxt klubundan qapıçı və yarımmüdafiəçi transfer etmək istəyir.
Bunlar İtaliya yığmasının üzvü Mattia Destro ilə hollandiyalı qolkiper Marten Stekelenburqdur. Həmçinin “Milan 21 yaşlı yarımmüdafiəçi üçün 15 milyon avroluq təklif də edib.
Lakin “Roma”nın baş məşqçisi Zdenek Zeman bu təklifə rədd cavabı verib. Çünki o, bu futbolçuların hələ komandaya çox xeyir gətirəcəyini düşünür.
Qeyd edək ki, Marten Stekelenburq 2011-ci ildən, Mattia Destro isə 2012-ci ildən “Roma”nın heyətində çıxış edir.

0
0