Arif İsayev yeni klubunda ilk qolunu vurdu
11.01.2013 - 01:14
Arif İsayev yeni klubunda ilk qolunu vurdu
Antalyada təlim məşq toplanışında olan “Denizlispor” növbəti sınaq matçını keçirib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvlərinin çıxış etdiyi Dənizli klubu bu dəfə “ Yeni Malatyaspor”la üz-üzə gəlib.

Təmsilçilərimizin hər ikisi - Rail Məlikovla, Arif İsayev meydana start heyətdə çıxıb. “Denizlispor”un yeni transferi İsayev qol da vurmağı bacarıb. Həmçinin bu Arifin yeni klubunda ilk qolu olub.

Qeyd edək ki, matç 4:4 hesablı heç-heçə ilə başa çatıb.