“Azərreyl”dən asan qələbə, “Rabitə” uduzdu - YENİLƏNİB
11.01.2013 - 21:46
“Azərreyl”dən asan qələbə, “Rabitə” uduzdu  -  YENİLƏNİB
Bu gün Super Liqanın növbəti turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, klublarımız üçün Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına hazırlıq kimi də qiymətləndirilən XI turda “Lokomotiv” və “Azərreyl” qalib gəldiyi halda, “Rabitə” məğlubiyyətə üzülüb.

Belə ki, Azərbaycan çempionu “Rabitə” “İqtisadçı” ilə gücünü yoxlayıb. Marçello Abbondanzanın yetirmələri ilk oyunda qalib gəldiyindən “tələbələr” meydana revanş arzusu ilə çıxıblar ki, tay-brekdə də arzularını reallaşdırıblar.

İlk 2 setdə rəqibindən üstün oyun nümayiş etdirən “İqtisadçı” “Rabitə”ni əzmkarlıq sayəsində məğlub edib. Lakin 3-cü hissədə oyunun axarı dəyişib. Bu dəfə təşəbbüs “Rabitə”nin tərəfinə keçib və onlar hesabı bərabərləşdiriblər – 2:2.

Sonda qalib 5-ci hissədə müəyyənləşib. Mövsümün ilk tay-brekində isə “İqtisadçı” güclü olub. Bununla da onlar ilk dövrədə itirdikləri 3 xalın 2-sini qaytarıblar.

*****

Günün ilk matçında “Azərreyl” “Telekom” qarşısında gözlənildiyi kimi çətinlik çəkməyib. Artıq uyğunlaşma dövrünü arxada qoyan “dəmiryolçular” Super Liqada ardıcıl 7-ci qələbələrini qazanıblar. Düzdür, Alessandro Çiappininin yetirmələri ilk hissədə rəqibin müqaviməti ilə üzləşiblər. Lakin bundan əvvəlki turlarda olduğu kimi “Telekom” setboyu hesabda irəlidə olsa da, sonda məğlubiyyətdən qaça bilməyib – 26:28.

Ardınca isə “Azərreyl” gənclərdən təşkil olunan debütantın daha zəif nöqtələrini tapıb. Nəticədə ikinci və üçüncü setlərdə 25:19 hesabı ilə qalib gələn “dəmiryolçular” növbəti dəfə meydanı 3 xalla tərk ediblər.

*****

Onlardan fərqli, “Bakı-Azəryol” – “Lokomotiv” matçı isə gözlənilənlərin əksinə, elə də gərgin keçməyib. Görüşün favoriti olan ikincilər asan qələbəyə seviniblər.

İlk 2 hissəni 6 top irəlidə bitirən Cuzeppe Kuçarinin yetirmələri ardınca məğlub olsa da, sonradan yenidən rəqibdən üstün olublar – 25:18. Nəticədə ötən il Super Liqanı ikinci yerdə bitirən “Lokomotiv” qazandığı 3 xal sayəsində liderlərlə xal fərqinin artmasına imkan verməyib.

*****

Beləliklə, XI turdan sonra turnir cədvəlində yenə dəyişiklik olmayıb. Lakin “Azərreyl”in rəqiblərindən 1 oyun az keçirməsi onları potensial lider edib.


11 yanvar

XI tur

“AZƏRREYL” – “TELEKOM” - 3:0 (28:26, 25:19, 25:19)
İlk oyun: “TELEKOM” – “AZƏRREYL” - 0:3 (17:25, 19:25, 12:25)

“İQTİSADÇI” – “RABİTƏ” - 3:2 (26:24, 25:18, 29:31, 20:25, 17:15)
İlk oyun: “RABİTƏ” – “İQTİSADÇI” - 3:1 (25:15, 24:26, 26:24, 26:24)

“BAKI-AZƏRYOL” – “LOKOMOTIV” - 1:3 (19:25, 19:25, 25:18, 18:25)
Hakimlər: Konstantin Selin, Murad Abdurəhmanzadə
İlk oyun: “LOKOMOTİV” – “BAKI-AZƏRYOL” - 3:1 (25:14, 26:28, 25:15, 25:19)

1
İqtisadçı
9
8
1
25-7
777-632
23
2
Rabitə
9
7
2
24-11
844-723
22
3
Azərreyl
8
7
1
22-5
679-531
21
4
Lokomotiv
8
4
4
16-14
669-645
12
5
Bakı-Azəryol
9
3
5
13-19
697-732
9
6
Telekom
9
1
8
3-24
490-665
3
7
Lokomotiv Biləcəri
8
0
8
2-24
391-623
0