Bakı klubu daha 2 legioner sifariş etdi - FOTO
11.01.2013 - 09:29
Bakı klubu daha 2 legioner sifariş etdi - FOTO
“Lokomotiv” yeni transferlərini Avropa Voleybol Konfederasiyasına sifariş edib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” hollandiyalı Maret Qrotues və rusiyalı Yuliya Tsvetkovanı (Andruşka) Çempionlar Liqasında “Azərreyl”lə görüşə buraxa biləcəklər.

Onlar müvafiq olaraq, 8 və 18 nömrəli formanı seçiblər. Hər 2 voleybolçunun bu gün Super Liqada “Bakı-Azəryol”la matçda debüt edəcəyi də gözlənilir.

Qeyd edək ki, Çempionlar Liqasında “Azərreyl” – “Lokomotiv” oyunu yanvarın 16-da olacaq.