“Xəzər Lənkəran”ı oteldə kim qarşıladı?
13.01.2013 - 19:42
Yanvarın 13-də səhər tezdən yola çıxan “Xəzər Lənkəran” iki təyyarə dəyişərək Türkiyənin Antaliya şəhərinə çatıb. Apasport.az saytının xəbərinə görə, İstanbul hava limanında komandaya rumın legionerləri - Adrian Pit və Manuel Skarlatake də qoşulub.
Antaliyada “Xəzər Lənkəran”ın məskunlaşdığı "Ela Quality Resort" otelində isə heyəti zədədən sonra bərpa olunan braziliyalı müfafiəçi Eder Bonfim və yeni transfer Gökhan Güleç qarşılayıb. Günorta saatlarında baş məşqçi Karles Martorell, onun köməkçisi Erik Kapilla və yunan futbolçu Dimitrios Sialmas da otelə gəliblər.
Günün sonunacan komandanın digər legionerlərinin gəlişi, heyətin tam tərkibdə toplaşacağı və sabah ilk məşqini keçirəcəyi gözlənilir.

0
0