Əfsanə yenidən Bakıda
14.01.2013 - 09:43
“Azərreyl” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” italiyalı İndre Sorokaytenin ardınca Finlandiya millisinin əfsanəsi Riikka Lehtonenin də keçidini rəsmiləşdiriblər.
2010-2011 mövsümündə “İqtisadçı”da çıxış edən və klubunun kapitanı olan 34 yaşlı oyunçu ilə mövsümün sonuna kimi razılıq əldə edilib. Lakin İndredən fərqli, Riikkanın adı hələ Avropa Voleybol Konfederasiyasına sifariş olunmayıb.
Qeyd edək ki, Super Liqanın bürünc medalını qazanan Lehtonen Bakıdan getdikdən sonra İtaliyanın “Pyaçentsa” və “Krema” klublarında oynayıb.

0
0