Çexiya yığmasından gələn var - FOTO
14.01.2013 - 10:06
“İqtisadçı” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Super Liqanın lideri bu dəfə Çexiya millisinin voleybolçusu Tereza Matuşkova ilə müqavilə imzalayıb.
31 yaşlı oyunçu ilə mövsümün sonuna kimi anlaşma əldə edilib. 2002-ci ildən yığmasının şərəfini qoruyan Tereza İtaliya A2 seriyasında mübarizə aparan “Krema”dan transfer olunub.
O, daha öncə “Ostrava” (Çexiya, 2002-2003), “Riom” (2003-2005), “Stade Français” (hər ikisi Fransa, 2005-2006), “Kalisiya” (Polşa, 2006-2007), “Roma” (2007-2008), “Yamamay” (2008-2009), “Minevra” (2009-2010), “Modena” (hər üçü İtaliya, 2010-2011) və “Seul” (Koreya, 2011-2012) klublarını şərəfini qoruyub. 190 sm boya malik Tereza 2007-ci ildə Polşada çempionu və kubokunun sahibi olub.
Qeyd edək ki, Matuşkova ilə yanaşı, Riikka Lehtonen də “Krema”dan ayrılaraq, “Azərreyl”ə gəlib.

0
0