Hücumçumuz vurdu, komandası mövqeyini yaxşılaşdırdı
14.01.2013 - 11:15
Hücumçumuz vurdu, komandası mövqeyini yaxşılaşdırdı
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova Rusiya Superliqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, hücumçumuzun şərəfini qoruduğu “Omiçka” “Yenisey”i qəbul edib.

Görüş Omsk təmsilçisinin 3:0 (27:25, 25:18, 25:17) hesablı qələbəsi ilə başa çatıb. Matçın bombardiri Məmmədova olub. O, komandasının aktivinə 23 xal yazıb.

Qeyd edək ki, XIII turdan sonra xalının sayını 24-ə yüksəldən “Omiçka” 5-ci yerə yüksəlib. Onlar lider “Dinamo”dan (Kazan) 10 xal geri qalırlar.