Məşhur sima Azərbaycana qayıtdı - FOTO
14.01.2013 - 12:20
Məşhur sima Azərbaycana qayıtdı - FOTO
Qış transfer bazarının ən fəallarından olan “Lokomotiv” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” hollandiyalı Maret Qrotues və rusiyalı Yuliya Tsvetkovanın (Andruşka) ardından “Rabitə” ilə Azərbaycan və dünya çempionu olan amerikalı Meri Spayserlə gücləniblər.

26 yaşlı toppaylayıcı ilə mövsümün sonuna kimi anlaşma əldə olunub. O, Avropa Voleybol Konfederasiyasına sifariş ediləcəyi halda, yanvarın 16-da Çempionlar Liqasında Bakı klubunun heyətində “Azərreyl”ə qarşı oynayacaq.

Qeyd edək ki, Spayser Bakı klubundan ayrıldıqdan sonra Polşa “Lodz”unda baxışda olsa da, müqavilə bağlamayıb. Ardından Türkiyənin “İBA Kimya TED Kolejliler” komandasında çıxış etməyi planlaşdıran Meri orada da son anda razılığa gələ bilməyib.

Yekunda isə Puerto-Rikonun “Lançeras de Katano” klubu ilə anlaşan Azərbaycan çempionu burada yarım mövsüm tab gətirib.