Bakı klubunda yeni 10 nömrə - FOTO
15.01.2013 - 11:51
Bakı klubunda yeni 10 nömrə - FOTO
“Azərreyl” və “Lokomotiv” sabah Çempionlar Liqasının pley-off mərhələsində yeni transferlərinin köməyindən istifadə edə biləcəklər. Apasport.az saytının məlumatına görə, 1/6 finalda üz-üzə gələcək Bakı klubları son anda yeni oyunçularını Avropa Voleybol Federasiyasına (CEV) sifariş ediblər.

Belə ki, “Azərreyl”in finlandiyalı əfsanəsi Riikka Lehtonen meydana 10 nömrəli formada çıxacaq. “Lokomotiv”in amerikalı toppaylayıcısı Meri Spayser isə CEV-də qeydiyyatdan keçirilsə də, hələ hansı nömrəni seçəcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, “Azərreyl” – “Lokomotiv” matçı saat 18-da keçiriləcək.