“Türkiyə liqası Azərbaycan çempionatından maraqlıdır”
15.01.2013 - 17:19
“Türkiyə liqası Azərbaycan çempionatından maraqlıdır”
“Türkiyədən əvvəl Fransa, Azərbaycan və Yaponiya çempionatlarında oynamışam. Türkiyə liqasının daha gərgin və maraqlı keçdiyini görürəm”. Apasport.az saytının məlumatına görə, bunu “İqtisadçı”nın sabiq voleybolçusu Yuko Sano deyib.

2010-2012-ci illərdə universitet komandasının heyətində Super Liqanın bürünc medalını qazanan yaponiyalı legioner karyerasını “Qalatasaray”da davam etdirir.

Legioner limiti səbəbindən “sarı-qırmızılar”a yalnız Çempionlar Liqasında kömək edən Sano oynadığı çempionatları müqayisə edib. Onun fikrincə, Türkiyə liqası öndə olduğu kimi, burada yaşamaq daha rahatdır: “Türkiyədə həyat tərzi məni çox razı salır. Burada qalmaq, burada karyeramı davam etmək istəyirəm”.

Qeyd edək ki, Çempionlar Liqasında “Dördlər finalı”na ev sahibliyi edəcək “Qalatasaray” pley-offlardan azaddır.