“İqtisadçı”ya gəlmədi - FOTO
16.01.2013 - 09:37
“İqtisadçı”ya gəlmədi - FOTO
“İqtisadçı” son transferini rəsmiləşdirə bilməyib. Apasport.az saytının məlumatına görə, İtaliya “Krema”sından ayrılan Çexiya millisinin voleybolçusu Tereza Matuşkova son anda Bakı klubuna gəlməkdən imtina edib.

O, Türkiyəyə üz tutaraq, “Beşiktaş”la anlaşıb. Matuşkova “Azərreyl”in sabiq baş məşqçisi Adman Kistakın çalışdırdığı “qara qartallar”la mövsümün sonuna kimi müqavilə imzalayıb.