“Rabitə” yenə “Kann”ı məğlub etdi - YENİLƏNİB
17.01.2013 - 01:30
Azərbaycan çempionu “Rabitə” Çempionlar Liqasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Bakı klubu I pley-off mərhələsində Fransa “Kann”ının qonağı olub.
Matçın gərgin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olardı. Qarşısına Avropanın ən güclüsü olmağı məqsəd qoyan “Rabitə”nin Fransa çempionunu məğlub edəcəyi gözlənilən idi. Çünki komandamız artıq bir neçə dəfə “Kann”a gücünü göstərib.
Elə təmsilçimiz yenə rəqibini məğlub etməyi bacarıb. Belə ki, ilk hissəyə yaxşı başlayan voleybolçularımız fasiləyə 17:25 hesabı ilə üstün yollanıb. İkinci setdə təşəbbüsü ələ alan meydan sahibləri hesaba tarazlıq gətirib - 25:15. Daha sonra özündə güc tapan “Rabitə” hər iki hissədə yaxşı oyun nümayiş etdirərək rəqibini üstələməyi bacarıb.
Beləliklə, “Kann”ı 1:3 hesabı ilə məğlub edən “Rabitə” Bakıda cavab oyununa üstün çıxacaq.
Çempionlar Liqası
I pley-off mərhələsi, ilk oyun
16 yanvar
“Kann” (Fransa) - “Rabitə” (Azərbaycan) - 1:3 (17:25, 25:15, 19:25, 19:25 )
Hakimlər: Fabritsio Saltalippi (İtaliya), Heyke Kraft (Almaniya)
Kann, Palais des Viktoires

0
0