"Fənərbaxça" qazandı, "Sivasspor" məyus oldu
17.01.2013 - 05:15
"Fənərbaxça" qazandı, "Sivasspor" məyus oldu
Türkiyə kubokunun qrup mərhələsində III turunun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə A və B qruplarında iki qarşılaşma baş tutub.

"1461 Trabzon"la üz-üzə gələn "Sivasspor" xalları yarı bölüb. Hərəyə bir qol vuran tərəflər meydandan sülhlə ayrılıb.

Günün maraqlı qarşılaşmalarından biri Burasada baş tutub. Burada şəhərin eyni adlı komandası "Bursaspor" evində "Fənərbaxça" ilə münasibətlərinə aydınlıq gətirib. Bol qollu keçən oyunda sevinən tərəf qonaqlar olub – 2:3.

Qeyd edək ki, III turun digər görüşü bu axşam keçiriləcək.


Türkiyə kuboku

Qrup oyunları

15 yanvar

B qrupu

"Mersin İdmanyurdu" - "Trabzonspor" - 0:2
Yumlu, 35, Yumlu, 83

16 yanvar

"1461 Trabzon" - "Sivasspor" 1:1
K.Keleş, 89 – Q.Alhas, 54-avtoqol

16 yanvar

A qrupu

"Bursaspor" - "Fənərbaxça" 2:3
S.Pinto, 59, G.Gönül, 70-avtoqol – G.Gönül, 10, S.Özbayrak, 79-avtoqol, Kristian.B, 80, S.Şəntürk

17 yanvar

"Antalyaspor" - "Eskişehirspor"