Viktoriya Ravva: “Rabitə” meydanda istədiyini edirdi
17.01.2013 - 09:40
Viktoriya Ravva: “Rabitə” meydanda istədiyini edirdi
“İkinci hissədə hesabı bərabərləşdirsək də, rəqibin qalib gəlməsinə mane ola bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu Çempionlar Liqasının I pley-off mərhələsinin “Rabitə” ilə ilk oyunundan sonra “Kann”ın kapitanı Viktoriya Ravva deyib.

Təcrübəli voleybolçu 1:3 hesabı ilə uduzduqları görüşdə Azərbaycan çempionunun güclü olduğunu etiraf edib: “Onlar çox güclü oynadılar. Meydanda istədiklərini edirdilər. “Rabitə” çox yaxşı təsir bağışlayaraq, böyük ehtiyat gücünə malikdir. Hələ heç nə tam itirilməyib. Çünki cavab matçında bundan yaxşı oynaya bilərik”.

Qeyd edək ki, “Rabitə” Fransa çempionu ilə ikinci matçını yanvarın 24-də Bakıda keçirəcək.