“Bakı-Azəryol”dan niyə ayrıldığımı hamı bilir” - MÜSAHİBƏ
17.01.2013 - 14:49
Azərbaycan yığmasının voleybolçusu Natəvan Qasımovanın apasport.az saytına müsahibəsi
- Xeyli vaxtdır “Bakı-Azəryol”dan ayrılmısız. Hazırda nə işlə məşğulsuz?
- Evdəyəm, hələlik dincəlirəm.
- Az öncə Türkiyədə klub axtarışında olduğunuz düz idi?
- Yox. Bir necə təkliflər vardı, lakin uzaq yerə getmək istəmədim.
- Təklif haradan idi?
- Rumıniya və Polşa klublarından.
- Bəlkə həmin klublarda da əsas heyətə düşmək problemi olub...
- İstəmədim. “Bakı-Azəryol”dan niyə ayrıldığımı hamı bilir. Əsas məqsədim heyətində olduğum komandada oynamaqdır. Onlar bunu istəsələr də, mən getmədim.
- “Bakı-Azəryol”dan da əsas heyətə düşmədiyini üçün ayrılmışdınız...
- Bəli, əsas problem o idi. Mənim komandada heç kimlə incikliyim olmadı. Sadəcə, dedim ki, ehtiyatda qalmaqdansa, evdə dincələrəm.
- Oksana Parxomenko zədəli olduğundan millidə kapitan funksiyasını siz yerinə yetirirsiniz. Oynamamağınız gələcəkdə sizə təcrübə baxımında problem yaratmayacaq ki?
- Xeyr. Klub başqa, milli başqa. Düşünürəm ki, yığmada bu baxımdan hansısa problemim olmaz.
- Bizdə olan məlumata görə, karyeranıza hələlik fasilə vermək istəyirsiz...
- Allahın verdiyi qismət belədir. Baxaq, gözləyək...
- Yəni, ana olmağa hazırlaşmağınız düzdür?
- Yox, klubdan bunun üçün ayrılmamışam. Əgər bu məsələ olsaydı, əvvəlcədən müqavilə də imzalamazdım. Ana olmaq? İnşallah, bəlkə Avropa çempionatının final mərhələsindən sonra. Yəni bu, komandadan ayrılmağıma və ya oynamamağıma səbəb deyil.
- Bəs mövsümün axırına kimi komanda tapmayacağınız halda...
- Əlbəttə, əgər elə olacaqsa, evdə oturmaqdan ana olmağı üstün tutaram. Həm də artıq mövsümün sonu yaxınlaşır. Bundan sonra hara gedəcəm?
- Hansısa klub sizi heyətində görmək istəsə necə?
- Bilirsiz, burada seçim yoxdur. Artıq bütün komandalar heyətlərini formalaşdırıblar. Hansısa variant yoxdur. Hazırda Bakıdayam, yanvarın 23-də Türkiyəyə qayıtdıqdan sonra hər şey həll olunacaq.
- Bəlkə hələ də qələbə qazana bilməyən “Lokomotiv Biləcəri”yə kömək edəsiz. Məsələn, ötən mövsüm oyun təcrübəsini itirməmək üçün zədədən qayıdan Yelena Parxomenko bu addımı atdı...
- Elə bir variant olsa, bəlkə də fikirləşərəm. Amma hazırda elə bir söhbət yoxdur.

0
0