Rəqiblərimizdən “Dinamo” və “Şveriner” qalib gəldi
18.01.2013 - 09:27
Rəqiblərimizdən “Dinamo” və “Şveriner” qalib gəldi
Qadın voleybolçular arasında Çempionlar Liqasının I pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan 6 matçdan 4-də qonaqlar, 2-də ev sahibləri qalib gəliblər.

“Rabitə” və “Azərreyl”in potensial rəqiblərindən isə Kazan “Dinamo”su və Almaniya “Şveriner”i qələbəni bayram ediblər.

Pley-off mərhələsi, ilk oyunlar

“Kann” – “Rabita” - 1:3 (17:25, 25:15, 19:25, 19:25)
“Dinamo” (Moskva, Rusiya) – “Dinamo” (Kazan, Rusiya) - 1:3 (22:25, 21:25, 28:26, 21:25)
“Atom” (Polşa) – “Vakıfbank” (Türkiyə) - 1:3 (25:23, 18:25, 15:25, 21:25)
“Şveriner” (Almaniya) – “Yamamay” (İtaliya) - 3:2 (11:25, 25:22, 25:17, 13:25, 15:13)
“Azərreyl” (Azərbaycan) – “Lokomotiv” (Azərbaycan) - 3:0 (25:20, 25:21, 25:22)
“Villa Kortese” – “Əczacıbaşı” (Türkiyə) - 1:3 (23:25, 25:21, 29:31, 17:25)

Qeyd edək ki, cavab oyunları gələn həftə keçiriləcək.