“Rabitə”nin voleybolçusu Polşada ən yaxşılar arasında - FOTO
18.01.2013 - 10:22
Polşada 2012-ci ilin ən yaxşı qadın voleybolçularının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, fərqlənənlər arasında “Rabitə”nin toppaylayıcısı Katarjina Skorupa da olub.
O, 5,60 faiz səslə ölkəsinin 6-cı ən güclüsü seçilib. Qalib isə 54,05 faiz səs toplayan Katarjina Skovronska olub.
Qeyd edək ki, “Rabitə” ilə Azərbaycan çempionu olan Kimberli Qlassla Çinin “Quançjou Everqrand” klubunda forma geyinən Skovronska 2011-ci ildə də Polşanın ən yaxşısı seçilmişdi. Ümumilikdə isə bu, Katarjinanın son 7 ildə 4-cü qələbəsidir.

0
0