Əlvida, kapitan!
20.01.2013 - 18:00
Çempionlar Liqasının I pley-off mərhələsində “Azərreyl”ə cavab oyununa hazırlaşan “Lokomotiv” gözlənilməz qərarı ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, Bakı klubu kapitan Diana Nenova ilə yollarını ayırıb. Buna səbəb amerikalı toppaylayıcı Meri Spayserin komandaya cəlb edilməsidir.
Belə ki, “Rabitə”nin sabiq üzvünün kluba transferindən sonra “dəmiryolçular”da toppaylayıcıların sayı 3-ə çatıb. Speyserdən öncə bu mövqedə Olqa Palçevskayanın (Belarus) da oynadığını nəzərə alsaq, komanda Nenovanı “artıq” sayıb.
Əslində, Diananın hələ noyabrda gedişi gündəmə gəlmişdi. Lakin həmin vaxt serbiyalı Maya Oqnyenoviçin “Lokomotiv”dən imtinası bolqarıstanlı legionerin komandada qalması ilə nəticələnmişdi.
Qeyd edək ki, ötən mövsümdən “Lokomotiv”də çıxış edən bolqarıstanlı Diana buraya “Rabitə”dən gəlmişdi. O, Azərbaycan çempionatının qızıl və gümüş mükafatçısı olub. Nenova həmiçinin “Rabitə” ilə 2010/2011 mövsümündə Çempionlar Liqasının finalında da oynayıb.

0
0