“Meydana çıxıb işimizi bitirməliyik” - FOTO
21.01.2013 - 10:31
”Kann”a qarşı oynamaq həmişə çətindir. Lakin biz hələ ilk oyunda – səfərdə qalib gəlməyi bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə”nin kapitanı Mira Qoluboviç deyib.
Serbiyalı voleybolçu Çempionlar liqasının I pley-off mərhələsinin Fransa təmsilçisi “Kann”la cavab oyunu ərəfəsində matç haqda fikirlərini açıqlayıb. Mira yanvarın 24-də baş tutacaq qarşılaşmada da qələbə qazanmaq iddiasını ortaya qoyub: “Fransada göstərdiyimiz oyundan çox razı qaldım. İndi bütün fikrimizi oyuna kökləməyi düşünürük. Meydana çıxıb işimizi bitirməliyik və azarkeşlərimizə sevinc bəxş etməliyik”.
Qeyd edək ki, qarşılaşma saat 17:00-da başlayacaq.

0
0