“Avanqard”dan Azərbaycan millisinin hücumçusuna dəstək
21.01.2013 - 11:41
Rusiyanın “Avanqard” hokkey klubunun məşqçilər korpusu və oyunçuları Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədovaya dəstək verəcək. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisinin üzvləri həmşəhərliləri olan “Omiçka”ya mənəvi kömək etmək qərarına gəlib.
Belə ki, “Avanqard”lılar hücumçumuz Natalyanın da oynadığı komandanın CEV kubokunun “Çelenc raund”undakı Rumıniya “Tomis”i ilə cavab görüşündə matçı canlı izləyərək, onlara azarkeşlik edəcəklər.
Qeyd edək ki, ilk matçda səfərdə 3:1 hesabı ilə qalib gələn “Omiçka” ikinci qarşılaşmasına yanvarın 23-də çıxacaq.

0
0