Natalya Məmmədova: 100-ə az qaldı
23.01.2013 - 11:24
Natalya Məmmədova: 100-ə az qaldı
Qadın voleybolçular arasında CEV kubokunun son 3 oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıya “Omiçka”da oynayan Azərbaycan millisinin hücumçusu Natalya Məmmədova başçılıq edir.

Omsk təmsilçisinin “Çelenc raund”a yüksəlməsində əvəzsiz pay sahibi olan təmsilçimiz komandasına “Bakı-Azəryol”la 2, “Tomis”lə 1 oyunda 95 qazandırıb. Onun ən yaxın izləyicisi və artıq 1/4 final mərhələsində “Uraloçka”ya (Rusiya) uduzaraq mübarizəni dayandıran Finlandiya “Kale”sinin üzvü Yamila Nizetiç isə Məmmədovadan 29 xal geri qalır.

Qeyd edək ki, “Omiçka” bu gün “Tomis”lə ikinci oyununa çıxacaq.