“Bakıdakı oyuna məğlubiyyətimizi unudub çıxacağıq”
23.01.2013 - 15:01
“Bakıdakı oyuna məğlubiyyətimizi unudub çıxacağıq”
“Bakıdakı oyuna ilk matçdakı məğlubiyyətimizi unudub çıxacağıq”. Apasport.az saytının məlumatına görə, bunu Fransanın “Kann” klubunun voleybolçusu Sofye Peron deyib.

O sabah Çempionlar Liqasının I pley-off mərhələsində qarşılaşacaqları “Rabitə” ilə cavab matçı barədə danışıb. Peronun sözlərinə görə, ilk görüşdə 1:3 hesabı ilə uduzmalarına baxmayaraq, sona kimi mübarizə aparacaqlar: “Əsas məqsədimiz öz oyunumuzu göstərməkdir. Çalışıb ilk görüşdəki səhvləri təkrarlamayacağıq”.

Qeyd edək ki, “Rabitə” – “Kann” oyunu sabah saat 17:00-da başlayacaq.