Yığmamızın oyunçusu yarımfinalda
23.01.2013 - 17:15
Yığmamızın oyunçusu yarımfinalda
Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmətovanın şərəfini qoruduğu “Omiçka” CEV kubokunun yarımfinalına yüksəlib. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisi “Çelenc raund”da Rumıniya “Tomis”ini mübarizədən kənarlaşdırıb.

Belə ki, ilk oyunda 3:1 hesabı ilə qalib gələn “Omiçka” bu dəfə rəqibini “quru hesabla” məğlub edib – 3:0 (25:17, 25:13, 25:23).

Qeyd edək ki, Məmmədovanın komandası “Tomis”dən öncə Bakının “İqtisadçı” və “Bakı-Azəryol” klublarından üstün olmuşdu.