“Dinamo” Azərbaycan çempionunu gözləyir
24.01.2013 - 16:27
Çempionlar Liqasının II pley-off mərhələsində “Rabitə”nin rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu bu gün səfərdə məğlub etdiyi Fransa “Kann”ına yenə qalib gələcəyi halda 1/3 finalda Kazan “Dinamo”su ilə qarşılaşacaq.
Rəqibimiz I pley-off mərhələsində Moskva “Dinamo”sundan üstün olub. Səfərdə 3:1 hesabı ilə qalib gələn kazanlılar evdə tay-brekdə qələbə qazanıblar – 3:2 (29:27, 25:16, 16:25, 21:25, 15:13).
Qeyd edək ki, “Dinamo” (Kazan) ötən il də Çempionlar Liqasında yarımfinalına gedən yolda Azərbaycan klubuna rəqib olmuşdu. Lakin onlar həmin vaxt “Azərreyl”ə “Qızıl set”da qalib gəlmişdilər.

0
0