Yığmamızın hücumçusu Polşaya gedəcək
24.01.2013 - 16:41
Yığmamızın hücumçusu Polşaya gedəcək
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka”nın CEV kubokunun yarımfinalında qarşılaşacağı klub bilinib. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisi final uğrunda Polşanın “Bank Fakro” klubu ilə üz-üzə gələcək.

Avrokuboka Çempionlar Liqasında start verib, “Çelenc raund”da CEV kubokuna düşən komanda “Bank Fakro”ya (Polşa) hər 2 görüşdə qalib gəlməklə buna nail olub. İlk matç yanvarın 26 və ya 27-də Rusiyada, cavab oyunu 1 həftə sonra səfərdə keçiriləcək.

Qeyd edək ki, “Bank Fakro” Çempionlar Liqasında “Lokomotiv”lə eyni qrupda yer almışdı və Bakı klubuna hər 2 oyunda uduzmuşdu. Yekunda qrup üçüncüsü kimi CEV kubokunda yarışmaq hüququ qazanmışdı.