Natalya Məmmədova üçün BƏƏ-dən teleqram
05.02.2013 - 15:51
Natalya Məmmədova üçün BƏƏ-dən teleqram
Rusiyanın “Avanqard” hokkey klubunun üzvləri Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədovanın çıxış etdiyi “Omiçka”ya növbəti dəfə dəstək olublar. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisinin hokkeyçiləri və məşqçiləri həmşəhərlilərinə CEV kubokunun yarımfinalında Polşanın “Bank Fakro” klubu ilə qarşıdakı oyunda uğurlar arzulayıb.

Hazırda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təlim-məşq toplanışında olan “Avanqard”ın kollektivi “Omiçka”ya bütün üzvlərinin imzası ilə teleqram göndərib: “Əziz qızlar! Sizin fevralın 7-də polşalı həmkarlarınızla vacib beynəlxalq oyununuz olacaq. Biz inanırıq ki, bu mərhələni mütləq keçib, Omsk vilayətini turnirin finalında qürurla təmsil edəcəksiniz. Bizim dəstəyimizi, arzularımızı qəbul edin və qələbə qazanın!”.

Qeyd edək ki, “Avanqard” “Çelenc raund”un Rumıniya “Tomis”i ilə Rusiyada keçirilən oyununu arenadan canlı izləyərək, komandaya dəstək olmuşdu.
0