“Rabitə”nin voleybolçusu Kazanda seçildi
07.02.2013 - 22:44
Çempionlar Liqasının II pley-off mərhələsində “Dinamo” (Kazan, Rusiya) – “Rabitə” (Azərbaycan) matçında ən yaxşı voleybolçunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin səfərdə 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada bombardir adını yenə Madeleyne Montano qazanıb.
Kolumbiyalı hücumçumuz rusiyalılardan 27 xal alıb. “Rabitə”nin digər oyunçularından - Aurea Kruz 17, Foluke Akinradevo 13, Dobriana Rabadjiyeva 9, Nataşa Krsmanoviç 7 və Katarjina Skorupa 1 xal toplayıb.
“Dinamo”nun heyətində isə Cordan Larson məhsuldarlığı ilə fərqlənib. O, komandasına 19 xal qazandırıb.

- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə
0
0