Yalnız “Rabitə”
08.02.2013 - 09:21
Yalnız “Rabitə”
Qadın voleybolçular arasında Çempionlar Liqasının II pley-off mərhələsinin ilk oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, baş tutan 3 görüşdə yalnız “Rabitə” səfər qələbəsinə sevinib.

Marçello Abbondanzanın yetrimələri ev sahiblərinə qalib gəlməyi bacardıqları halda, digərləri məğlubiyyətə üzülüb. Belə ki, “Yamamay”ın evdə “Azərreyl” üzərərində qələbəsinin ardından “Əczaçıbaşı” da səfərdə “Vakıfbank”a uduzub.

Çempionlar Liqası
1/3 final mərhələsi, ilk oyunlar


“DİNAMO” (KAZAN, RUSİYA) – “RABİTƏ” (AZƏRBAYCAN) - 1:3 (19:25, 25:23, 20:25, 21:25)
“YAMAMAY” (İTALİYA) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 3:2 (25:17, 16:25, 20:25, 25:23, 15:8)
“VAKIFBANK” (TÜRKİYƏ) – “ƏCZAÇIBAŞI” (TÜRKİYƏ) – 3:1 (25:23, 23:25, 25:17, 25:15)

Qeyd edək ki, cavab oyunları bir həftə sonra olacaq.