Natalya Məmmədova: Arxayınlaşmaq olmaz
08.02.2013 - 09:49
Natalya Məmmədova: Arxayınlaşmaq olmaz
“Çempionlar Liqasında oynamış belə komandalarla oyunlarda heç arxayınlaşmaq olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının voleybolçusu Natalya Məmmədova deyib.

Rusiyanın “Omiçka” klubunun şərəfini qoruyan hücumçumuz CEV kubokunun yarımfinal mərhələsinin Polşa “Bank Fakro”su ilə ilk matçı haqda fikirlərini açıqlayıb. Natalya 2:3 hesabı ilə uduzduqları qarşılaşmada bərabər mübarizənin getdiyini açıqlayıb: “Rəqib 4 xal öndə idi, biz çatdıq. Biz öndə idik, onlar hesabda tarazlıq yaratdı. Bu gün tamamilə bərabər oyun keçdi”.

Qeyd edək ki, “Omiçka” və “Bank fakro” arasında Polşadakı cavab oyunu fevralın 14-də baş tutacaq.