“Özünü daha yaxşı tanıyan komanda qalib gəlir”
08.02.2013 - 09:55
“Bu oyundan öncə biz taktiki hazırlığa çox vaxt sərf etdik. Məhz bu səbəbdən komandamızda çox şey alındı”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Angelina Qrün deyib.
Komandasının Çempionlar Liqasının II pley-off mərhələsində “Dinamo” (Kazan, Rusiya) ilə oyununu şərh edən Qrün bildirib ki, səfərdə 3:1 hesabı ilə qalib gəlmələrində rəqibin hücum qurmasına imkan verməməkləri əsas rol oynayıb: “Topu oyuna yaxşı daxil edirdik. Bunun hesabına “Dinamo”nu hücum potensialından istifadə etməyə imkan vermədik. Onlardan fərqli, biz müdafiədə və hücumda da əla çıxış etdik. Hər şey məntiqə uyğundur. Biz nəyisə rəqibdən yaxşı edirdik və buna görə də qalib gəldik”.
Almaniyalı voleybolçunun sözlərinə görə, “Dinamo”u analiz etdikdən sonra rusiyalıların oyununda hansısa qaranlıq tərəf qalmayıb: “Bu səviyyədə rəqiblər arasında heç bir sirr yoxdur. Kimin necə oynadığını hamı başa düşür. Özünü daha yaxşı tanıyan komanda nəticədə qalib gəlir”.
Qeyd edək ki, cavab oyunu fevralın 14-də Bakıda olacaq.

0
0