“Rabitə” öz dəst-xətti ilə seçilir”
08.02.2013 - 10:49
“Rabitə” yaxşı oyun göstərdi. Güclü komandadır, öz oyun dəst-xətti ilə seçilir”. Apasport.az saytının məlumatına görə, bunu Kazan “Dinamo”sunun voleybolçusu Yevgeniya Startseva deyib.
Təcrübəli toppaylayıcı Çempionlar Liqasının 1/3 final mərhələsində “Rabitə”yə evdə 1:3 hesabı ilə uduzduqları görüşü dəyərləndirib.
Onun sözlərinə görə, buraxdıqları çoxlu səhvlər nəticəni müəyyənləşdirib: “Biz hansısa mənada öz voleybolumuzu göstərmədik. Çoxlu səhvlər etdik, xüsusilə də top qəbulunda. Dördüncü hissədə yenə xətalara yol verdik. “Rabitə” isə öz şansını əldən buraxmaq istəmirdi. Buna görə də sona kimi mübarizə apardı. Top qəbulu üzərində işləyəcəyik”.
Qeyd edək ki, “Rabitə” ilə “Dinamo” arasında cavab oyunu fevralın 14-də Bakıda keçiriləcək.

0
0