“Biz cavab oyununa tam fərqli çıxacağıq” - MÜSAHİBƏ
08.02.2013 - 11:05
Kazan “Dinamo”sunun voleybolçusu İrina Voronkova Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının xəbərinə görə, o, Çempionlar Liqasının II pley-off mərhələsində “Rabitə”yə uduzduqları oyun (1:3) və Bakıdakı cavab görüşü barədə fikirlərini bölüşüb.
- Azərbaycan çempionu ilə oyunu necə dəyərləndirərdiniz?
- Çox qəzəblənmişik, çünki sonadək çalışmadıq. Baş məşqçi dedi ki, indi əsas məsələ məğlubiyyəti unutmaq, səhvləri təhlil etmək və nəticəni yaddan çıxarmaqdır. Başlıca məsələ irəli getməkdir. Çalışdırıcı onu da bildirdi ki, qatar kimi hərəkət etməli, boşalmamalı, zirvəyə qalxmalıyıq.
- “Rabitə”nin heyətində Madeleyne Montano matçın əsl qəhrəmanı oldu...
- Bəli, 27 xal topladı və topu oyuna güclü daxil etməklə komandamızı çətin vəziyyətə saldı. Ancaq belə götürəndə, Montanonun servisi elə də güclü olmur.
- Elə isə onun qarşısını niyə ala bilmədiniz? Ardıcıl hücum qura bilməməyiniz də bunun nəticəsidir?
- Məsələ ondadır ki, onun oyuna daxil etdiyi top birdən istiqamətini dəyişərək, kənara gedir. Əslində, top qəbulunda psixoloji amil də rol oynayır. Daha voleybolçunun onu meydana necə daxil etməsi ilə birbaşa əlaqəli deyil. Bəli, Montanonun topu oyuna daxil etməsi fərqli idi. Biz bəzən onun zərbələrinin qarşısını ala bilsək də, bəzən buna nail ola bilmirdik.
- Evdəki məğlubiyyətdən sonra Bakıda qələbə qazanmaq nə dərəcədə realdır?
- Təbii, Kazandakı məğlubiyyətin qisasını almaq istərdik. Biz də Bakıda qalib gəlmək fikrindəyik. Bu hisslər indi “Dinamo”nun hər bir oyunçusunda var. Hazırda hər birimiz öz səhvlərimizi təhlil edirik. Belə demək olar ki, biz cavab oyununa tam fərqli çıxacağıq.

0
0