“Heç kim digər soyadıma adət edə bilmir”
08.02.2013 - 13:12
“Rabitə”nin voleybolçusu Angelina Qrün Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, almaniyalı oyunçu Çempionlar Liqasının 1/3 final mərhələsində Kazan “Dinamo”su ilə ilk görüşdən (3:1), Rusiya karyerasından və Azərbaycanda həyat tərzindən danışıb.
- Kazan “Dinamo”su ilə oyun haqda təəssüratlarınızı bölüşərdiz. Sizcə, “Rabitə” rəqibini nədə üstələdi?
- Biz oyundan öncə taktiki hazırlığa çox vaxt ayırırdıq. Məhz buna görə, matç bizim üçün yaxşı alındı. Ötürmələr ideal idi, məhz bunun hesabına “Dinamo”nu hücum gücündən məhrum edə bildik. Üstəlik, əla müdafiə olunur və hücum edirdik. Yəni biz daha yaxşı oynadığımızdan qalib gəldik.
- Hiss olunurdu ki, “Dinamo”nu yaxşı təhlil etmisiz. Hətta Yekaterina Qamova heç də həmişə dəqiq zərbə vura bilmirdi...
- Belə səviyyəli oyunda rəqiblər arasında hansısa sirr olmur. Hamı başa düşür ki, kim necə oynayır. Özünü daha göstərə bilən komanda sonda qalib gəlir.
- Bəs öz oyununuzdan razı qaldız?
- Əsas odur ki, “Rabitə” qalib gəldi. Düzdür, mən meydanda elə də çox oynamadım. Baş məşqçi məni dəyişməyi qərara aldı. Ancaq nəticə varsa, hər şey düzdür.
- “Rabitə”də əla kollektiv cəmləşib. Bu heyətlə Çempionlar Liqasında qələbəyə getmək olar. Qarşınızda belə məqsəd durur?
- Biz bu istəkdə tək deyilik. Çoxları Çempionlar Liqasının qalibi olmağımızı istəyir. Ancaq qalib gəlmək üçün çox şey göstərmək lazımdır. Bunu etmək asan deyil. Əminəm ki, finala kimi hələ çox var. Azərbaycanda çətin oyun olacaq. Çünki Kazan klubu çox ciddi rəqibdir. Deməzdim ki, səfərdə qalib gəldiyimizdən 1 addım irəli atdıq. Cavab oyununa ciddi hazırlaşacağıq. Oyun hər şeyi öz yerinə qoyacaq.
- Belə demək olar ki, artıq bir oyununuz, əlavə bir mini matçınız ehtiyatda var. “Qızıl seti” nəzərdə tuturam. Yəqin bu sizi rahatlaşdırır. Ümumiyyətlə, “Rabitə”nin ilk oyununu səfərdə keçirməyi yaxşı idi?
- Düşünmürəm ki, bu fakt çox şeyə təsir edəcək. İstənilən halda qalib gəlmək lazımdır. Yeri gəlmişkən, mən “Qızıl set”də heç vaxt iştirak etməmişəm. Açığı, heç bunu istəmirəm də (gülür).
- Gəlin, mövzunu bir az dəyişək. Siz ötən mövsüm bitdikdən sonra Moskva “Dinamo”sundan “Rabitə”yə keçdiz. Azərbaycanda necə yaşayırsız?
- Hər şey yetərincə sakitdir. Qışda Moskvada olduğu kimi soyuq deyil. Qar, -20 dərəcə şaxta yoxdur. Bakıda güclü külək olur. Ancaq əlbəttə bunu Rusiya şaxtası ilə müqayisə etmək olmaz.
- Siz indi iki - Qrün-Hübner soyadı ilə çıxış edirsiz...
- Yox belə deyil. İndi mənim yalnız bir soyadım var – Hübner. Qrün daha yoxdur. Hərçənd, hamı məni Angelina Qrün adlandırmaqda davam edir. Heç kim digər soyadıma adət edə bilmir. Mən həminki insanam, heç nə dəyişilməyib. Sadəcə, həyat yoldaşımla eyni soyadla yaşamaq vacib idi.
- Ötən yay Moskvanı niyə tərk etməyə qərar verdiz?
- Həyat belə alındı. Hər il vacib qərar qəbul edirsən. “Dinamo” rəhbərliyi məni dilə tutdu. Ancaq uzun müddət qərar verə bilmirdim ki, oynamağa davam edəcəyəmmi? “Dinamo”da yaxşı idi, mənə əla münasibət göstərirdilər. Lakin həyat yoldaşımla uzun müzakirələrdən sonra Bakıya köçməyi qərara aldıq.
- Komandanızda azərbaycanlı oyunçunun olmaması diqqət çəkir. Əcnəbi baş məşqçinin rəhbərliyi altında dünyanın bir çox ölkəsindən voleybolçular çıxış edir. Hansı dildə ünsiyyət qurursuz?
- 3 dildə. Rus, italyan və ingilis.
- Yeri gəlmişkən, “Dinamo”da sizi hamı yaxşı sözlərlə xatırlayır...
- Bu çox xoşdur. Mən hətta bunu böyük məmnuniyyətlə yada salıram. Çox yaxşı il oldu. Kim bilir, bəlkə yenə Moskva komandasında oynadım. İndi Azərbaycanda hər şey mənim üçün yaxşıdır.

0
0