“Elə bilirlər ki, qələbə artıq ciblərindədi”
09.02.2013 - 00:08
“Rabitə”nin baş məşqçisi Marçello Abbondanza Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Çempionlar Liqasının 1/3 finalında Kazan “Dinamo”suna 3:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib, cavab matçı bərədə fikirlərini açıqlayıb.
- Qələbənizi necə şərh edərdiz?
- “Dinamo” ilə “Rabitə” hər ikisi çox güclü, bir-birinə layiq komandalardır. Onları təxminən bərabər səviyyəli saymaq olar. Çox güclü komanda ilə matçda yaxşı oyun göstərdik. Qələbə həmişə xoşdur. Bu, Kazanda qazanılanda isə xüsusi zövq verir.
- Buna necə nail olduz?
- Biz qarşılaşmaya çox yaxşı hazırlaşmışdıq. Yetirmələrimdən də çox razı qaldım. Çünki onlar bizim oyunla bağlı planı gerçəkləşdirdilər. Matçda biz tək topu oyuna yaxşı daxil etmədik, həm də gözəl müdafiə olunduq. Voleybolçularımız verilən tapşırıqları lazımınca yerinə yetirdilər və bu da nəticədə öz əksini tapdı. Bəli, müəyyən səhvlərimiz də oldu. Lakin “Dinamo” kimi rəqiblə matçda bunlar qaçılmazdır.
- Sizin “Dinamo”dan qisas aldığınızı söyləmək olarmı?
- Ötən ilki “Dördlər finalı”nda çalışdırdığım “Villa Korteze” bürünc medal uğrunda görüşdə “Dinamo”ya uduzmuşdu. İndi bu rəqibi məğlub etmək mənə çox xoş oldu.
- Səfər qələbəsindən sonra cütün taleyinin həll olunduğunu demək mümkündürmü?
- Mən belə deməzdim. Əksinə, heç nə məlum deyil. Bakıda bizi matça möhtəşəm köklənəcək rəqiblə çətin qarşılaşma gözləyir.
- Lakin ilk oyundakı qələbə “Dördlər finalı”na doğru böyük addımdır...
- Əlbəttə, biz Kazanda İstanbula doğru ilk addımı atdıq. Lakin mərhələ adlamaq üçün 1 addım yetərli deyil. Ardını da gətirmək lazımdır.
- Ötən mövsüm “Dinamo” “Azərreyl”i Bakıdakı “Qızıl set” hesabına keçdi. Bunun yenə təkrarlanacağından çəkinmirsiz?
- Ümid edirəm ki, bu təkrarlanmayacaq. Meydanda əsl döyüş gedəcəyinə əminəm. Hələlik kiçik bir addım atdığımızı başa düşürük. Hər şey cavab oyunundan asılı olacaq. Yenə maksimum potensialımızı ortaya qoymalıyıq. Səhv etsək və ya tempi bir az azaltsaq, Rusiya klubu dərhal bizi cəzalandırar.
- Məsələn, III setdə baş verənlər kimi? Həmin vaxt “Rabitə” 20:10 hesabı ilə öndə olsa da, üstünlüyünü əldən verə bilərdi...
- Belə hesabla irəli çıxanda motivasiyanı saxlayıb, oyuna konsentrasiya olmaq çox çətindir. Voleybolçular elə bilirlər ki, qələbə artıq onların cibindədir və növbəti seti düşünməyi başlayırlar. Xoşbəxtlikdən biz həmin III seti qalib kimi bitirə bildik.

0
0