Azərbaycan millisinin mundialda rəqibləri bəlli oldu
11.02.2013 - 11:04
Gələn il Polşa və İtaliyada keçiriləcək kişi və qadınlar arasında dünya çempionatının ilkin mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, bu mərhələdə aşağı reytinqli komandalar oynayacağından, kişilərdən ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Lüksemburqda baş tutan püşkatmaya əsasən komandamız Hollandiya, Xorvatiya, Bosniya və Herseqovina ilə birgə A qrupunda yer alıb. Oyunlar mayın 23-26-da olacaq. Qrup görüşləri Xorvatiyada keçiriləcək.
Reqlamentə görə, 7 qrupun qaliblərii birbaşa III mərhələyə yüksələcək. İkinci yeri tutanlar oktyabrın 2-6-da keçiriləcək II mərhələdə daha 1 vəsiqənin sahibini müəyyənləşdirəcək. III mərhələdə bu 8 komandaya CEV-in reytinqinə görə ən yüksək yerə sahib 12 kişi və 12 qadın yığması da qoşulacaq.
Bu isə o deməkdir ki, III mərhələdə 20 yığma mübarizə aparacaq. Belə ki, Avropa Voleybol Konfederasiyasının yeni qərarına əsasən qitə çempionatında ilk 2 yeri tutacaq komanda birbaşa mundiala yüksələcək. Bu səbəbdən də onların III mərhələdə oynamasına ehtiyac olmayacaq.
Həmin mərhələdə kişilər 7, qadınlar 8 vəsiqə uğrunda mübarizə aparacaq. Bu da onunla bağlıdır ki, dünya çempionatında Avropaya 9 kişi və 10 qadın yığması üçün yer verilir.
Qeyd edək ki, bu ilin sentyabrında keçiriləcək Avropa çempionatında qadın voleybolçulardan ibarət Azərbaycan yığması da mübarizə aparacaq. Millimiz Almaniya və İsveçrədə keçiriləcək AVRO-2013-də finala yüksələrsə, tarixinin ikinci mundialına vəsiqəni vaxtından əvvəl təmin edəcək.

0
0