Bakı təmsilçisi “Qalatasaray” və “Beşiktaş”a qarşı
11.02.2013 - 14:19
Super Liqada yaranan fasilədən istifadə edən “İqtisadçı” voleybol klubu Türkiyəyə yollanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin qonşu ölkəyə getməsində səbəb təlim-məşq toplanışı keçməkdir.
Bir həftə İstanbulda hazırlıq keçəcək universitet komandası səfər müddətində yoldaşlıq görüşlərində də gücünü yoxlayacaq. Əldə olunan razılığa əsasən, “İqtisadçı” Çempionlar Liqasının “Dördlər finalı”na ev sahibliyi edəcək “Qalatasaray”la qarşılaşacaq. Matçlar fevralın 12-də və 13-də olacaq.
Fevralın 14-də isə “İqtisadçı” Türkiyənin digər nüfuzlu klubu olan “Beşiktaş”la yoxlama görüşü keçirəcək.
Qeyd edək ki, “Azərreyl” və “Rabitə” Çempionlar Liqasının II pley-off mərhələsində mübarizə apardığından Super Liqada fasilə yaranıb.

0
0