“Qalatasaray”la görüşün vaxt dəqiqləşdi
11.02.2013 - 17:53
“İqtisadçı”nın “Qalatasaray”la keçirəcəyi matçların başlama saatı bilinib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Çempionlar Liqasının “Dördlər finalı”na ev sahibliyi edəcək İstanbul klubu ilə ilk qarşılaşmasına sabah Bakı vaxtı ilə saat 18:00-da çıxacaq.
Hazırda Türkiyədə təlim-məşq toplanışında olan universitet komandasının ikinci görüşü isə saat 15:30-da başlayacaq. Bu matç fevralın 13-nə təsadüf edəcək.
Qeyd edək ki, “sarı-qırmızılar”la oyundan 1 gün sonra olacaq “Beşiktaş”la matçın başlama saatı hələ dəqiqləşməyib.

0
0