“Şalke”nin bitməyən kabusu
11.02.2013 - 22:32
Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”la qarşılaşacaq “Şalke” növbəti itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Almaniya Bundesliqasında ard-arda qazanılan pis nəticələrlə yanaşı zədəli futbolçularının sırasına daha bir oyunçu da qatılıb. Bu, Atsuto Uçidadır.
24 yaşlı yaponiyalı sağ cinah müdafiəçisi bu gün keçdiyi tibbi müayinədən sonra dizindəki zədənin ciddi olduğu və komandasını bir müddət yalnız buraxacağı məlum olub.
Qeyd edək ki, Atsuto bu mövsüm alman klubu ilə Bundesliqada 15, Çempionlar Liqasında isə 4 matçda forma geyinib.

0
0