Bu dəfə lider istirahətdə
12.02.2013 - 09:20
Bu dəfə lider istirahətdə
Kişi basketbolçular arasında Azərbaycan çempionatının VIII turunun təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək tur “Qala” – BDU oyunu ilə start veriləcək.

Günün digər matçında “Gəncə” – AZTOP matçı baş tutacaq. ADBTİA yarışdan kənarlaşdırıldığından isə bu dəfə lider NTL-Maxxis istirahət edəcək.

VIII tur
16 fevral (şənbə)

12:00. “Qala” - BDU
13:30. “Gəncə” - AZTOP


1 NTL-Maxxis 7 5 2 598-514 12
2 AZTOP 7 4 3 523-494 11
3 Qala 5 5 0 540-296 10
4 Gəncə 6 3 3 444-418 9
5 ADBTİA 5 1 4 372-405 6
6 BDU 6 0 6 341-691 6