Ağayeva “24” aldı
12.02.2013 - 10:26
Ağayeva “24” aldı
Azərbaycan millisinin voleybolçusu Yana Ağayeva Koreya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin şərəfini qoruduğu “Hyundai” lider İBK klubunun qonağı olub.

Görüş ev sahiblərinin çətin qələbəsi ilə başa çatıb – 3:2 (25:23, 19:25, 18:25, 27:25, 15:7). Ağayeva matçda 24 xal toplayaraq, matçın ən yaxşısı seçilib.

Qeyd edək ki, XXII turdan sonra aktivində 36 xalı olan “Hyundai” 4-cü pillədə qərarlaşıb. Onlar turnir cədvəlinə başçılıq edən İBK-dan 19 xal geri qalırlar.