“Azərbaycanlı azarkeşlər çox çılğındırlar” - FOTO
12.02.2013 - 16:20
“Bakıda oynamaq həmişə çətindir. Azərbaycanlı azarkeşlər çox çılğındırlar”. Apasport.az saytının məlumatına görə, bunu Moskva “Dinamo”sunun voleybolçusu Natalya Obmoçayeva deyib.
Təcrübəli oyunçu Çempionlar Liqasının II pley-off mərhələsində Kazan “Dinamo”sunun “Rabitə” ilə cavab matçı öncəsi fikirlərini açıqlayıb. O, bu il analoji yarışda klubunun heyətində Bakıya səfər edərək, “Lokomotiv”ə məğlub olub. Bunun üçün də Obmoçayeva rusiyalı həmkarlarımıza paytaxtımızdakı atmosferi təsəvvür edib: “Elə “Rabitə” də hədiyyə deyil. Buna baxmayaraq, Kazanın “Dördlər finalı”na düşmək üçün gücü yetərincədir. Onlara yalnız topu yaxşı qəbul edib, ötürmələrdə rəqibə çətinlik yaşatmaları lazımdır. Əgər məsələ “Qızıl set”ə gəlib çıxsa, artıq psixoloji üstünlük “Dinamo”nun tərəfində olacaq”.
Qeyd edək ki, Kazanda “Rabitə”yə 1:3 hesabı ilə uduzan “Dinamo” Bakıda ikinci oyununa fevralın 14-də çıxacaq.

0
0