“Azərreyl”in qalib gəlməsi çox çətin olacaq”
13.02.2013 - 10:17
“Azərreyl”in qalib gəlməsi çox çətin olacaq”
“Cavab görüşü öncəsi hansısa proqnoz verə bilmərəm. Onu bilirik ki, Bakıda öz oyunumuzu göstərməliyik”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Yamamay” klubunun baş məşqçisi Karlo Parisi deyib.

Təcrübəli mütəxəssis bu gün keçiriləcək Çempionlar Liqasının 1/3 final mərhələsinin “Azərreyl”lə ikinci oyunu barədə fikirlərini açıqlayıb. İtaliya çempionunun çalışdırıcısı bildirib ki, evdə 3:2 hesabı ilə qalib gəldiklərindən Bakıda da bu uğuru davam etdirmək arzusundadırlar: “Əminəm ki, qələbə qazanmaq üçün hər şey edəcəyik. Tribunalarda anşlaq olacaq. Bunun rəqibimiz üçün əhəmiyyətli olacağından narahatam. Bu zaman biz qonaq komanda kimi daha çox təzyiq altında ola bilərik. Çünki “Azərreyl” mütləq əsas vaxtda qalib gəlmək istəyəcək ki, cütün taleyini “Qızıl set”ə daşısın. Ancaq onların qalib gəlməsi çox çətin olacaq”.

Qeyd edək ki, “Azərreyl” – “Yamamay” oyunu saat 18:00-da başlayacaq.