Dünya voleybolunda yeni rekord!
13.02.2013 - 12:18
Dünya voleybolunda yeni rekord!
Cənubi Koreyanın EX klubunun voleybolçusu Nikol Fosett yeni dünya rekordu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, ABŞ yığmasının üzvü bir oyunda ən çox xal toplayan qadın voleybolçu adına sahib çıxıb. O, buna Koreya çempionatının XXII turunun İBK ilə görüşündə nail olub.

Belə ki, hücumçu ölkə çempionatının lideri ilə qarşılaşmada (3:2) komandasının qələbəsinə 55 xalla töhfə verib. Nikol bu xallardan 53-ünü hücumda qazanıb.

Fosett bu uğuru ilə Azərbaycan çempionu, “Rabitə”nin şərəfini qoruyan Madeleyne Montanonun (Kolumbiya) şərikli rekordunu arxada qoyub. İndiyədək bir oyuna ən çox xal toplayan 2 voleybolçudan biri olan Montana Besanya de la Kruzla (Dominikan Respublikası) 54 xal qazanmışdı.

Qeyd edək ki, Madeleyne rekordunu Cənubi Koreyada müəyyənləşdirmişdi. O, buna heyətində çempion olduğu “Daejeon”da imza atmışdı.