Dördü birində - FOTO
15.02.2013 - 16:04
“Rabitə”nin italiyalı baş məşqçisi Marçello Abbondanza İtaliya voleybolunda görünməmiş hadisənin səbəbkarlarından biri olub. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis dah 3 həmyerlisi ilə birlikdə qeyri-adi nəaliyyəti gerçəkləşdiriblər.
Belə ki, martın 9-10-da İstanbulda keçiriləcək Çempionlar Liqasının “Dördlər finalı”nda iştirak edəcək bütün klubların baş məşqçiləri İtaliyanı təmsil edir. Bu klublardan yalnız biri – “Yamamay” Apennin yarımadasını təmsil etsə də, digər komandalar da məhz italiyalının rəhbərliyi altında yarımfinaladək irəliləyib. Bu da daha çox bu ölkədə maliyyə problemi ilə bağlıdır. Məhz bu səbəbdən ölkənin sayılıb-seçilən mütəxəssisləri xarici klubları çalışdırmaqla, özləri üçün yad ölkənin təmsilçisini “Dördlər finalı”na daşıyıblar.
Abbondanza “Rabitə”də işləyirsə, Massimo Barbolini və Covanni Quidetti qonşu Türkiyədə klublarının uğurları üçün çalışır. Onlar müvafiq olaraq, “Qalatasaray”la “Vakıfbank”a rəhbərlik edirlər və yarımfinalda üz-üzə gələcəklər. Abbondanza isə finala gedən yolda “Yamamay”ı çalışdıran Karlo Parizi ilə üz-üzə gələcək.

0
0