Yekun matç günündə sevinən qonaqlar olub
26.02.2013 - 02:49
Yekun matç günündə sevinən qonaqlar olub
İspaniya La Liqasında 25-ci turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə bir qarşılaşma baş tutub.

Avropa Liqasında mübarizə aparan “Levante” doğma publika önündə “Osasuna” ilə üz-üzə gəlib. Matçda qonaqlar 2 cavabsız qola qalib ayrılıb – 0:2.

Beləliklə, “Osasuna” bu qələbədən sonra xalını 28-ə çıxararaq turnir cədvəlində 14-cü pilləyə yüksəlib. “Levante” isə 34 xalla 10-cu yerdə qərarlaşıb.


İspaniya La Liqası

25-ci tur

22 fevral

“Atletik” – “Real Socyedad” - 1:3
Qomes, 30 - Qriezman, 35, Aqirretxe, 67, Vela, 76

23 fevral

“Malyorka” – “Qetafe” - 1:3
Dos Santos, 24 - Kastro, 71-pen, Kolunqa, 82; 86

“Saraqoza” – “Valensiya” - 2:2
Apono, 5-pen, Poştiqa, 32 - Yonas, 36; 69

“Deportivo” – “Real” - 1:2(Madrid)
Riki, 35 - Kaka, 73, İquayn, 88

“Barselona” – “Sevilya” - 2:1
Vilya, 52, Messi, 60 - Botia, 42

24 fevral

“Rayo Vallekano” – “Valyadolid” - 1:2
Mass, 72 - Mass, 71-avtoqol, Manuço, 79

“Selta” – “Qranada” - 2:1
Aspas, 24, Bermejo, 80 - İqalo, 28

“Atletiko” – “Espanyol” - 1:0
Falkao, 38-pen

“Betis” – “Malaqa” - 3:0
Molina, 1, Alvares, 28, Pabon, 45

25 fevral

“Levante” – “Osasuna” - 0:2
Şoyaey, 87, Sola, 90