Azərbaycanlı hakim avrokubokun yarımfinalında
26.02.2013 - 09:23
Azərbaycanlı hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz “Çelenc Cup” turnirin yarımfinal mərhələsində “Ural” (Rusiya) – “Delekta” (Polşa) cütünün ilk oyununu idarə edəcək.
Zülfüqarov fevralın 27-də baş tutacaq görüşdə əsas hakim olacaq. Ona köməkliyi yunanıstanlı Mixail Zemelis edəcək.
Zülfüqarov fevralın 27-də baş tutacaq görüşdə əsas hakim olacaq. Ona köməkliyi yunanıstanlı Mixail Zemelis edəcək.
0
0